12 C
Baku
24 Noyabr 2020
Sosial

BƏT-in regional tədbirində Azərbaycanda pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirləri barədə məlumat verilib

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən “COVİD-19 pandemiyasının əmək sahəsinə təsiri” mövzusunda silsilə tədbirlərə başlanıb. Bu tədbirlər çərçivəsində BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional tədbiri keçirilib.

Videokonfrans formatında təşkil edilən tədbirin ilk panelinin sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov COVİD-19 pandemiyası dövründə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə əhalinin sağlamlığının qorunması, eyni zamanda sosial rifahın dəstəklənməsi sahəsində geniş miqiyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir müavini bu dövrdə Azərbaycanda məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin  ümumilikdə 4,8 milyon insanı və ya əhalinin 48 faizə qədər hissəsini əhatə etdiyini deyib.

A.Kərimov dövlət və özəl sektorda iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, bu sahədə ciddi nəzarətin həyata keçirilməsi sahəsində görülən tədbirləri diqqətə çatdırıb. O, həmçinin işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların birdəfəlik ödəmə ilə təminatından bəhs edib. Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai işlər və özünüməşğulluq proqramlarının genişləndirilməsi sahəsində görülən işlər, həssas əhali qruplarına yönələn digər dəstək tədbirləri barədə məlumat verib.

Nazir müavini həmçinin iştirakçıların suallarını cavablandırıb.

Related posts

Lider TV müflis elan edildi

Admin

Xüsusi karantin rejimi daha iki həftə uzadılır

Admin

Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı

Admin

Leave a Comment