8 C
Baku
30 Noyabr 2020
Sosial

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar azalmaya doğru gedir – BMT – FOTO

“Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxmayaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür”.

Qaygi.org.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj bildirib.

Onun sözlərinə görə, bəzi ölkələrdə qadınların 15%-i 18 yaşına çatmadan əvvəl ailə qurub, bəzi icmalarda isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib.

A.Armitaj deyib ki, qız övladlarına nisbətdə oğlan övladlarına üstünlüyün verilməsi Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğuşun cinslər arasındakı təbii nisbətinin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur:

“Pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyulan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir. Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qadınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq”.

A.Armitaj bildirib ki, BMT-nin Əhali Fondu: dünyada cinsə görə ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur.

Related posts

Prezident Administrasiyasına dəvət olunan Ərtoğrula yeni vəzifə verildi

Admin

Gürcüstan-Azərbaycan sərhədləri: Aranı kim qatır?

Admin

Koronavirus pandemiyası ilə mübarizədə gənclər təşkilatlarının rolu stimullaşdırılır

Admin

Leave a Comment