11 C
Baku
27 Noyabr 2020
Sosial

Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 1-dək dayandırılıb

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 1-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

 

 

Related posts

Çimərliklərin monitorinqini Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 16 səyyar monitorinq qrupu həyata keçirib

Admin

İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

Admin

Türk müğənni “Xəzər TV”də veriliş aparacaq – FOTO

Admin

Leave a Comment