10 C
Baku
23 Noyabr 2020
Siyasət

Bu gün general olan Hacıyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, polis polkovniki Teymur Kamil oğlu Hacıyevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Axar.az xəbər verir ki, Hacıyev Teymur Kamil oğlu 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləyib.

2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib. 2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli 1306 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib

Related posts

Türkiyə müharibənin gedişatını dəyişdi: Son durum… – Foto

Admin

Kreml Qarabağ danışıqlarının bərpasına səsləyir: NƏ DƏYİŞƏCƏK?!

Admin

Azərbaycan MDB-də əqli mülkiyyətlə bağlı sazişi Ermənistana dair qeyd-şərtlə təsdiqləyəcək

Admin

Leave a Comment