8 C
Baku
27 Noyabr 2020
Sosial

“Yeni avadanlıqlar gətiriləcək” – TƏBİB koronavirus testləri ilə bağlı məsələyə aydınlıq gətirdi

“Son zamanlar testə əlaqəli bizə müraciətlər çox olur. Bu gün biz sırf kliniki simptomları olan, yoluxanlarla təmasda olanlar və xaricdən gələnləri test edirik. İlk başlayanda test imkanları aşağı idi. İndi laboratoriyaların sayı 23-dür. Bu say yenə də artırılacaq və ölkəyə yeni avadanlıqlar gətiriləcək”.

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, test cavablarının gecikməsi halı yoxdur, əksinə yoluxma sayının artması prosesə təsir göstərir.

Y.Qarayeva əlavə edib ki, karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır: “SMS icazəsi ilə bağlı qərar qərargahda qəbul olunub və istifadə ilə bağlı məhdudiyyət də yəqin müzakirə olunacaq”.

Musavat.com

Related posts

“Sədərək” Ticarət Mərkəzinin rəhbəri işdən çıxarıldı

Admin

Koronaviruslu xəstənin “Semaşko”dan yaydığı video ilə bağlı TƏBİB-dən açıqlama

Admin

Xaricdə yaşayan azərbaycanlı alimlər UNEC-də distant təhsillə bağlı təlimlər keçəcəklər

Admin

Leave a Comment