7 C
Baku
29 Noyabr 2020
İqtisadiyyat

Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsi xəbərləri ilə bağlı məlumat yaydı

Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

AMB-dən Qaygi.org.az-a  verilən məlumata görə, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.

Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək həqiqətən də belə faktlarla rastlaşarlarsa dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik.

Related posts

Diqqət: Azərbaycanda bu banklar da bağlana bilər

Admin

Təhsil Nazirliyi 1,6 mln manatlıq mebel alır

Admin

Azərbaycanda “Yaşıl Kart” sığorta sistemi üzrə xərclər kəskin artıb

Admin

Leave a Comment