6 C
Baku
26 Noyabr 2020
Sosial

Sərt karantin rejimi uzadılacaq? RƏSMİ AÇIQLAMA

8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur.

Qaygi.org.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, hələ qarşıda 1 həftə var:

“Situasiyadan asılı olaraq, vəziyyətə müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib

Related posts

Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

Admin

Azərbaycanda məktəblər nə vaxt açılacaq? – Komitə sədrindən AÇIQLAMA

Admin

Kürdəmirli fermer: Torpağa bağlılığımız və dövlətimizin dəstəyi, bizi pambıqçılığı inkişaf etdirməyə ruhlandırır

Admin

Leave a Comment