9 C
Baku
29 Noyabr 2020
Sosial

Bizə daha böyük maska lazım olacaq

İndi hər 10 nəfərdən 8-ni bu sual düşündürür: Dünyada nə baş verir?

Həqiqətən, çox müəmmalı və çətin bir prosesdən keçirik. Gah deyirlər, dünya bölüşdürülür, gah deyirlər, insan sayı azaldılır, gah deyirlər, 5G ilə bağlı oyundur, hamıya çip qoşacaqlar…

Açığı, bu 5G məsələsinə barmaqarası yanaşırdım. Lakin Feysbukda 5G ilə bağlı yayımlanmış neqativ məzmunlu xəbərlərin sözügedən şirkət tərəfindən bloklanması məni xeyli təəccübləndirdi. Əslində, Feysbukun və digər sosial şəbəkələrin ABŞ-ın maraqlarına xidmət etməsi haqda nümunələrə daha əvvəl də rast gəlmişdik. Elə bir neçə gün əvvəl Feysbuk rəhbəri Mark Zukerberqin Trampın şiddət məzmunlu paylaşımını silməməsini xatırlamaq kifayət edər. Məlumat üçün qeyd edim ki, həmin paylaşımı silməmək Zukerberqin reklam gəlirlərinin azalmasına və 7,2 milyard dollar itirməsinə səbəb olub.

Bildiyimiz kimi, sosial şəbəkələr təkcə insanlar arasında ünsiyyət, tanışlıq vasitəsi yox, həm də böyük informasiya hovuzudur. Dünyanın nüfuzlu agentlikləri, media orqanları bu platforma üzərindən xəbərlərini yayımlayırlar, mənsub olduqları dövlətlərin siyasətini təbliğ edirlər. Sosial şəbəkələr artıq ölkələrin bugününü, gələcəyini müəyyən edir. Bir çox ölkələrdə insanlar məhz sosial şəbəkələr vasitəsilə təsir altına alınır, inqilablar edilir.

Bu mənada getdikcə sosial şəbəkələr ABŞ-ın maraqlarına xidmət edən “soyuq silah” halını almaqdadır. Hazırda isə çox rahat şəkildə özlərinə sərf etməyən bir informasiyanı bloklayırlar. Feysbukun 5G ilə bağlı xəbərə görə hansısa səhifəni bloklaması daha böyük problemlərin xəbərçisi ola bilər.

Təsəvvür edin, sabah hansısa erməni milyarder Zukerberqə pul verir və deyir ki, Dağlıq Qarabağın Azərbaycana aid olmasını bildirən bütün xəbərləri blokla. Təhlükənin fərqindəsinizmi?

Söz və ifadə azadlığının əsas məkanı kimi tanınan sosial şəbəkələr getdikcə demokratik prinsipləri pozur və birilərinin əlində alətə çevrilir. Artıq 2-3 gündür ki, sosial şəbəkələr homoseksualların, ümumiyyətlə, LGBT-nin bayraqları ilə dolub-daşır. Maraqlıdır, LGBT-nin təbliğatını təhlükə kimi görməyən Feysbuk 5G haqda neqativ informasiyanı niyə balta-bıçaqla qarşılayır?

Deməli, 5G məsələsinin ABŞ-ın hansısa planının bir parçası olması haqda iddialar heç də boş deyil. Deməli, həqiqətən də hazırda dünyada hansısa proseslər gedir, lakin biz hiss etmirik.

Bəlkə də yaxın vaxtlarda bizə daha böyük maska lazım olacaq.

Hələlik isə tibbi maska taxıb, sosial məsafəni qoruyaq.

Related posts

Lider TV barədə növbəti məhkəmə qərarı

Admin

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında Qanunvericilik və İdarəetmə üzrə İşçi qrupun iclası keçirilib

Admin

Verilən təhsillə alınan təhsil haqqı arasındakı FƏRQ – “İllik ödəniş çox, keyfiyyət isə…”

Admin

Leave a Comment