9 C
Baku
24 Noyabr 2020
Əsas xəbər

Azərbaycanda ümumi karantin rejimi uzadıla və miqyası genişləndirilə bilər – AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyunun 28-də 534 nəfər koronavirusa yoluxub, 5 nəfər dünyasını dəyişib. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur. Bundan əlavə insanların karantin rejimi tədbiq edilməyən rayonlara axışması və virusun bölgələrə də yayılması davam edir. Virusun bütün ölkə üzrə yayılmasının qarşısının alınması üçün bu həftə bölgələrdə də sərt karantin rejimi tədbiq ediləcək?

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev bildirib ki, gündəlik yoluxanların sayı 500-dən aşağı düşmədiyi üçün karantin rejimi uzadılmalı və miqyası genişləndirilməlidir. Hansı rayonlarda yoluxma daha çoxdursa o bölgələrdə də karantin rejimi tədbiq edilməlidir. Təəssüf ki, bizim əlimizdə virusla mübarizədə başqa silah yoxdur. Yalnız qorunma tədbirlər davam etdirilməlidir. Aparılan maarifləndirmə işləri, edilən xəbərdarlıqlara baxmayaraq vətəndaşlarımızın bir qismi sosial məsafəni gözləmir, maskalardan istifadə etmir, lazım olmadığı təqdirdə bir yerə toplaşır, bəzi rayonlarda yas və toy mərasimləri keçirirlər. Təbii ki, bu çox təhlükəlidir.

Kəndlərdə əsas yoluxma mənbəyi keçirilən mərasimlərdir. Yas mərasimlərinə çoxlu insan toplaşır. Hətta nişan və toy mərasimləri keçirirlər. Təəssüf ki, bu da yoluxmanın sayını artırır. Azərbaycanda elə rayon və kənd yoxdur ki, orada koronavirusa yoluxan olmasın. Bundan artıq nə etmək lazımdır ki, insanlarımız məsuliyyətlərini anlasınlar. Cərimələr də artırılacaq. Nəzarət də gücləndiriləcək. Biz polislə yanaşı ictimai nəzarəti də gücləndirməliyik. Vətəndaşlarımız öncə özlərinə, sonra bir-birlərinə nəzarət etməlidirlər. Sovet dövründəki xalq drujinaları bərpa oluna bilər. Bu il könüllülər ildir. Könüllülərdən ibarət durijinalar yaradıb, marketlərdə, qapalı iaşə obyektlərində, ictimai nəqliyyatda məsafənin və maskanın istifadəsinə nəzarət etmək lazımdır. İctimai qınaq da vacibdir. Televiziyalarda və mətbuatda qayda pozanların adları və şəkilləri verilsin. Onlar inzibati tənbeh işlərinə cəlb edilsinlər. Bu virusun olduğuna inanmayanlar və sosial şəbəkələrdə koronavirus yoxdur deyənlər maarifləndirmə məqsədi ilə xəstələrin müalicə olunduğu xəstəxanalarda qeyri-tibbi işlərə cəlb olunsunlar. Düşünürəm ki, bu cür kompleks işlər aparılacaq. Operativ Qərargahın qərarı ilə qaydalar və fəaliyyət tənzimlənməlidir. Kənardan dediklərimiz bizim subyektiv fikirlərimizdir. Müşahidələr və dünya təcrübəsi onu göstərir ki, bu cür kompleks tədbirlər görüləndə nəticə yaxşı olur”.

Related posts

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılır

Admin

Sərtləşdirilən xüsusi karantin rejiminin tam İZAHI

Admin

Milli Məclisdə Zakir Həsənov və Nəcməddin Sadıkov tənqid olundu

Admin

Leave a Comment