8 C
Baku
24 Noyabr 2020
Dünya

Kimin sözü keçir? – Mark Zukerberq bir gündə 7 milyard itirdi

Bloomberg Billionaire Index-in məlumatına görə, Zukerberqin varidatı 82.3 milyard dollaradək düşüb. İndi o, dünyanın ən varlı insanlarının siyahısında dördüncü pillədə qərarlaşıb

Milyarder, Facebook sosial şəbəkəsinin banisi Mark Zukerberq bir gün ərzində 7.2 milyard dollar itirib.

Sputnik Azərbaycan Bloomberg-ə istinadən bildirir ki, iri şirkətlər sosial şəbəkədə reklam yerləşdirməkdən imtina etdiklərinə görə milyarder ziyana düşüb.

Cümə günü, iyunun 26-da şirkətin səhmləri 8.3 faiz ucuzlaşdı. Buna səbəb isə nəhəng reklam şirkətlərindən olan Unilever-in ilin sonunadək Facebook-un bütün məhsullarında, o cümlədən Instagram-da reklama pul xərcləməkdən imtina etməsi oldu.

Facebook-da reklamdan Verizon kimi nəhəng telekommunikasiya şirkəti, eləcə də qənnadı məmulatlarının ən böyük istehsalçısı Hershey də imtina edib. Coca-Cola da bir ay müddətinə sosial şəbəkədə reklam yerləşdirməyəcək. Şirkət bildirib ki, ABŞ-da etirazlar fonunda Facebook “platformada dezinformasiya və kinin yaranmasını kifayət qədər nəzarət altına ala bilməyib”.

Bloomberg Billionaire Index-in məlumatına görə, Zukerberqin varidatı 82.3 milyard dollaradək düşüb. İndi o, dünyanın ən varlı insanlarının siyahısında dördüncü pillədə qərarlaşıb.

ABŞ-da etriaz aksiyaları mayın sonunda qaradərili Corc Floydun həbs zamanı polis tərəfindən öldürülməsindən sonra başlayıb. Etiraz və iğtişaş dalğaları ABŞ-ın onlarla şəhərini bürüyüb. Bəzi ştatlarda bunlar yerini oğurluq və quldurluğa verib, insanlar məşhur mağazaları dağıdaraq yandırmağa, bir-birinə atəş açmağa başlayıblar.

 

Related posts

COVID-19 peyvəndinin sınaqları dayandırıldı – Naməlum xəstəlik ortaya çıxdı

Admin

Paşinyanın arvadının başçılığıyla erməni qadınlar Qarabağda döyüş təlimi keçdi…-FOTOLAR

Admin

Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub

Admin

Leave a Comment