8 C
Baku
24 Noyabr 2020
Sosial

“Fatimeyi-Zəhra” məscidi niyə söküldü? FOTO VİDEO

“Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı yaranan anlaşılmazlığa aydınlıq gətirilib.

Qaygi.org.az Musavat.com-a istisna edərək  xəbər verir ki, məscid icmasında bildirilib ki, söküntüsünə başlanılan məscid köhnə inşa edilən məscid binasıdır.

Bildirilir ki, “Fatimeyi-Zəhra” məscidinin tikintisi neçə illərdir yarımçıq qaldığı üçün müvafiq qurumlara müraciət edilib.

Məlumata görə, müraciət əsasında məscidin tikintisini davam etmək üçün bəzi yoxlamalar aparılsa da tikintinin davam etməsinin FHN-nin mütəxəsisləri tərəfindən mümkün olmayacağı və bu məscidin yerinə öz ərazisində yeni məscid tikilməsinin məqsədə uyğun olduğu bildirilib.

“Bu məscid qəsəbədə yeganə ibadət yeri olduğu üçün tikintidən əvvəl söküləcəyi təqdirdə qəsəbə sakinlərinin ibadət etməyə yerlərinin olmayacağını üçün əvvəl yeni məscidin tikilib sonra söküntü işlərinin aparılması qərara alındı. İş gedəcək hissəni təhlükəsizlik çəpəri ilə hasarlayıb yeni məscidin tikintisinə start verildi. Hazırda iş bir yerə yetişib ki, məscidin qalan həyətinin də abadlaşmasından ötrü əvvəlki məscidin sökülməsi və o yerin də abadlaşması lazımdır”deyə məscid icmasından bildirilib.

Məsciddə bu gün aparılan söküntü ilə bağlı videogörüntü təqdim edirik.

Təqdim etdiyimiz fotoda isə yeni inşa edilən məscid əks olunur.

Related posts

Milli Məclisin iclası başladı

Admin

“Əsrin müharibəsi”ndə Azərbaycanın böyük diplomatik qələbəsi

Admin

MN: Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

Admin

Leave a Comment