8 C
Baku
22 Noyabr 2020
Sosial

Fəzail İbrahimli: “Koronavirusla bağlı qanunlar sərtləşdirilərək, müharibə dövrünün bütün qanunları tətbiq edilməlidir”

“İyirminci əsrdə dünya iki dünya müharibəsi olsa da, koronavirus pandemiyası kimi bir bəla ilə üz-üzə qalmamışdı. Bu müharibələr zamanı dünyanın bəzi materik və qitələri  kənarda qalıb. Lakin koronavirus pandemiyasə zamanı dünyanın elə bir materik və qitəsi yoxdur ki, oranı cənginə almasın ,  insanlar  virusdan ölməsin, iqtisadiyyatı çökməsin. Digər xüsusi bir məqam isə ondan ibarət olub ki, müharibələr zamanı insanlar cinayətkar olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmayıb. Amma bu gün koronavirus pandemiyası zamanı  hər bir insanın üzərinə ciddi məsuliyyət qoyduğundan cinayətkar olması təhlükəsi ilə üz-üzə qala bilər”.

Qaygi.org.az “Ölkə.Az”a istinadən xəbər verir ki. bunu açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, bəli, bu gün koronavirus  (COVİD-19) epidemiyası hər bir insanın üzərinə cinayətkar olmaq məsuliyyətini qoyur və hamı ona riayət etməlidir. “Qəribə fikirdir, cinayətkar olmaq.Bu nə deməkdir? Cinayət Məcəlləsinə görə, qəsdən bir insanı öldürən şəxsi 8-12 il müddətinə ağır cəza gözləyir. Amma koronavirus pandemiyası ilə bağlı qaydalara riayət etməyənlər nəinki bir nəfərin, hətta onlarla insanın ölümünə səbəb olur. İnsan təkcə özünü ölüm təhlükəsi ilə üz-üzə qoymur, eyni zamanda ailə üzvlərini, yaxınlaırnı, qonşularını, dostlaırnı, təmasda olduğu yoldaşlaırnı və ya  digrə insanları… Bu qəsdən bir nəfəri öldümrəkdən qat-qat ağır cinayətdir.  Yəni məsuliyyətsiz hərkətinlə hətta onlarla insanın ölümünə səbəb olursan.   Bir insan qapalı məkanda, avtobusda, metroda gedərkən maskadan istifadə etməməklə gör neçə insanın həyatını təlükə altına atır. Hələ özünü  demirəm. Belə olanda  bu qaydaları pozanlar qarşı hansı məsuliyyət tətbiq olunmalıdır?  Təbii ki, sərt cəza tədbirinin seçilməsi.  Bax  cəzaların sərtləşdiirlməsi ilə bağlı fikirlərin qayəsində bu amal dayanır. Insanların sağlamlığının qorunması”- vitse-spiker bildirib.
Millət vəkili əlavə edib ki, dövlətin qarşısında  bir məqsəd var, milləti üzləşdiyi bu bəladan  xilas etmək: “ Bir tərəfdə dövlət var gücü ilə fəaliyyətini bu istiqamətə yönəldərək, insanları xilas etmək istəyir, digər tərəfdə isə qanunları pozub, virusla dostluq edib, onun tərəfində olan, özünü, ailəsini, yüzlərlə insanı  epidemiyaya yoluxdurmaq istəyən  bəzi insanlar.
Bu insanlar virus epidemiyasının  olmasına inanmırsa, o zaman qanunlardan qorxmalıdır. Qanunlardan çəkinməlidir ki, qaydanı pozduğuna görə, məsuliyyətə cəlb olunacaq və ya cərimə olunacaq.  Yox, əgər bunu qəsdən edirsə, o zaman bu insan qatil obrazında iştirak edən insandır. Bax, ona görə də qanunun  sərtləşdirilməsi gündənmdədir. Onu da qeyd edim ki, bu gün Azərbaycanda qanunlar yetərincə humanistdir,  Əgər Fransa, Almaniyada, İngiltərədə  qəbul edilən  sərt qanunlardan Azərbaycan cəmiyyətinin xəbəri olarsa, o zaman qanunlarımızın humanistliyindən xəbəri olar və başqa cür danışmaz.
Bəzən aztəminatlı ailələri, tələbələri nəzərə alaraq belə bir  fikirlər səslənir ki,  cəzaları sərtləşdirmək lazım deyil. Bax, bu məntiq mənə çatmır. Necə ola bilər ki, 30-50 qəpik verib, maska taxmadan qatil obrazında çıxış edib, onlarla insanın həyatını təhlükə altına atıb, dövlətə, cəmiyyətə böyük zərbə vura bilərsən, amma  sərt cəza olmaz?! Axı burada insandan nə tələb olunur. İki şey. Qapalı məkanlarda maska tax, sosial məsafə gözlə. Xəstəsənsə özünü yoxlatdır. Bu ən azı özün və ailənin təhlükəsizliyi baxımından önəmlidir. Buna əməl etməyənlərə nə ad vermək olar?
Hər bir vətəndaş görməlidir ki, dövlət    insanlarımızın  sağlamlığını qorumaq üçün  bütün zəruri addımları atır. Cənab Prezident özü cəmiyyətə nümunə olaraq qapalı məkanlarda maska taxır.
Çox təəssüf ki, sosial şəbəkələrdə Azərbaycanı sevməyən qüvvələr,  genetik kodunda anti-Azərbaycan  elementlər daşıyanlar,  türkə düşmən olanlar,  bu milləti sevməyən insanların təbliğatlarına  rast gəlirik. İnsanlarımız bu təbliğatlara inanmamalıdır. Güman edirəm ki, Azərbaycan bu məsələdə təkcə hansısa xəstəliyə qarşı mübarizə aparmır,  həm də milli təhlküsizlik məsələsi olduğundan, milli təhlükəsizliyimizi müdafiə etmək  üçün  mübarizə aparır.  Bu məsələ kifayət qədər ciddi  şəkildə qoyulmalıdır. Qanunlar sərtləşdirilməlidir. Müharibə dövrünün bütün qanunları tətbiq edilməlidir. Bu qaydaların tətbiqində bir alicənab niyyət var.  Bu da ondan ibarətdir ki, milləti qorumaq, dövləti təhlükədən qurtarmaq,  xalqın rahat yaşamasını təmin etmək, körpələrimizin sağlam  böyüməsini, qocaların qalan ömrünün sağalam yaşaması və  daha uzun ömrü yaşamasını təmin etmək”.

Related posts

Gecə yürüşünə kim kölgə saldı? – Politoloq ad çəkdi

Admin

Azərbaycanda koronavirusa yoluxan həkim uşaq dünyaya gətirdi

Admin

Fermerlərə şad xəbər: gübrənin qiyməti ucuzlaşdı

Admin

Leave a Comment