11 C
Baku
27 Noyabr 2020
Dünya

Pakistan Baş naziri İbn Ladeni “şəhid” adlandırıb

Pakistanın Baş naziri İmran Xan parlamentdə ABŞ İbn Ladeni “şəhid etmişdir” dedikdən sonra müxalif deputatlar tərəfindən tənqid olunur.

İbn Laden ABŞ-da baş vermiş 11 sentyabr hücumlarının planlayıcısı olaraq qəbul olunur və 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının əməliyyatı nəticəsində Pakistanın bölgələrinin birində öldürülüb.

Pakistan hərbi əməliyyatdan əvvəl məlumatlandırılmayıb.

“Mən heç vaxt unutmayacağam ki, biz pakistanlılar ABŞ-ın gəlib Üsəma İbn Ladeni öldürməyindən, şəhid etməyindən nə qədər xəcalət çəkdik” – İmran Xan deyib.

Cənab Xan nitqində ərəb mənşəli, “İslam cəfakeşi” mənasını daşıyan “şəhid” ifadəsini işlədib.

Müxalifət lideri və keçmiş xarici işlər naziri Khawaja Asif Baş naziri tənqid edib və İbin Ladeni “əsl terrorçu” adlandırıb.

İmran Xan dörd il əvvəl televiziyaya müsahibəsində İbn Ladeni “terrorçu” adlandırmaqdan boyun qaçırmışdı.

Related posts

Tiflisdə kütləvi aksiya keçirilir SON DƏQİQƏ

Admin

Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir – Fotolar

Admin

Bu mahnı “YouTube”da rekord qırdı – VİDEO

Admin

Leave a Comment