8 C
Baku
25 Noyabr 2020
Sosial

Kürdəmirli fermer: Torpağa bağlılığımız və dövlətimizin dəstəyi, bizi pambıqçılığı inkişaf etdirməyə ruhlandırır

Kürdəmirdə rayonunun Çöhranlı kənd sakini fermer Mübariz Hacıyev bölgədə ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıqla məşğuldur. Mühüm strateji məhsul olan pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi fermerə əkin sahələrini artırmağa, daha yüksək məhsul istehsalına imkan verir. Cari ildə 19 hektar sahədə əkin aparan ailə fermer təsərrüfatına yaxşı çıxış alıb və hazırda becərmə işləri ilə məşğuldur.

Qaygi.org.az AZƏRTAC-a istisna edərək bölgə müxbiri ilə söhbətində pambıqçılığın ailəsi üçün əsas məşğuliyyət sahəsi olduğunu bildirən M.Hacıyev deyib: “Ailəmdə hamı pambıqçılığın, yüksək məhsul əldə etməyin, necə deyərlər, “sirlərini” yaxşı bilir. Artıq təsərrüfatın bu sahəsindən yüksək məhsul götürmək, yaxşı gəlir əldə etmək bizim üçün çətin deyil. Hazırda ikinci kompleks becərmə tədbirlərini yekunlaşdırmaqdayıq. Belə ki, sahələrə kultivasiya çəkilib, kətmənləmə, seyrəltmə aparılır. Habelə, zərərvericilərə qarşı dərmanlama tədbirləri görülür”.

Mübariz Hacıyev pambıqçılığın həm də ağır zəhmət tələb edən sahə olduğunu söyləyib: “Qazandığımız təcrübə, dövlətimizin dəstəyi və torpağa bağlılığımız bizi təsərrüfatımızın bu sahəsini ildən-ilə genişləndirməyə ruhlandırır. Cari mövsümdə hər hektardan 30 sentner məhsul götürmək əzimindəyik”.

Related posts

AZƏRBAYCANA QAR YAGİB

Admin

Doğum haqqında şəhadətnamə hansı işə yarayır? – Video

Admin

Azərbaycanda karantin rejiminin uzadılması ilə bağlı VACİB AÇIQLAMA

Admin

Leave a Comment