8 C
Baku
29 Noyabr 2020
Qayğının xəbərləri

Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə ilk ordu qurucularından müsahibə

1-Bugünki ordumuz sizi qane edirmi və ordumuzdan gözləntiləriniz?

2- Ordumuza arzularınız?

Qarabağ müharibəsi veteranı, istefada olan mayor, Qarabağ Əlillərinə Qayğı İB-in Aqstafa rayon filialının sədri Ceyhun Əliyev

Azərbaycan ordusunda son illər ərzində cox mühüm işlər görülüb, müdafiə qabiliyyətimiz artıb. şəxsi heyətin peşəkarlığı və mənəvi-psixoloji hazırlığı yüksəlib.Azərbaycan ordusu düşmənin elə bir hərbi və strateji obyekti yoxdur ki, ordumuz onu məhv edə bilməsin.
Azərbaycan ordusuna uğurlar, yeni- yeni zəfərlər və qələbə sevinci arzu edirəm.Bayramımiz mübarək, qardaşlar!

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

Kaldır

Daha Fazla

2-ci qrup Qarabağ əlili, ehtiyatda olan mayor,Qarabag Əlillərinə Qaygı İB-nin Tovuz rayon filialının sədri Etibar Vəliyev

Ordumuzdan razıyam. Cənubi Qafqazda ən güclü, dünyada isə 50 ən seçilən ordu sıralarındadır. Azərbaycan ordusu dövlətin dayağı, xalqın güvən yeri və qürur mənbəyidir. Daha da inkişaf edib güclənməsini istərdim.
Ordumuza yalnız və yalnız qələbə və bayrağımızın Qarabağda dalğalandırmaqlarını arzu edirəm. Bayramınızı təbrik edirəm!

Görüntünün olası içeriği: 1 kişi

2-ci qrup Qarabağ əlili, Qarabağ Əlillərinə Qayğı İB-in Nizami rayon filialının sədri Eldəniz Abbasov
Bugünki ordumuz sizi qane edirmi və ordumuzdan gözləntiləriniz?
Bugünki Azərbaycan ordusu ilə fəxr edirəm.Dövlətimiz və ordumuz etibarlı əllərdədir. Qarabağ qaziləri və veteranları milli ordumuzun əsgər və zabit heyəti ilə birlikdə işğal olunmuş bütün torpaqlarımızı düşməndən azad etməyə hər an hazirdirlar.

 Bugünki ordumuz sizi qane edirmi və ordumuzdan gözləntiləriniz?Necə ki biz döyüşlərdə iştirak edib, dəfələrlə yaralanmağımıza baxmayaraq yenə də canımızı Vətən üçün, dövlətçiliyimiz üçün fəda etməyə hazırıq, hazırki orduda xidmət edən hər bir gəncə də Vətən sevgisi, torpaq sevgisi və qələbə gününü qeyd etməyi arzulayıram. Bayramınız mübarək!

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

 

Ehtiyatda olan Polkovnik Abakar Mirzəyev
Silahlı Qüvvələr Günü münasibətilə bütün silahlı qüvvələrin bayramını təbrik edib onlara uğurlar və qələbə arzulayıram. Bu gün ordumuz hər cür döyüşə hazırdır. Biz ehtiyatda olan zabitlər də Prezidentin əmrini gözləyirik. Ordumuza qələbə arzulayıram

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

 

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin NTK -nın sədri 2- ci qrup Qarabağ müharibəsi əlili Müşviq Abbasov
İndiki durumda ordumuz haqqında çox söz deyə bilmərəm, çünki hamıya məlumdur ki, torpaqlarımız düşmən işğalı altındadır. Tək arzum Prezidentin müharibə əmridir. Ordumuza və özümə müharibə və qələbə arzulayıram

Görüntünün olası içeriği: 1 kişi, oturuyor ve sakal

 

Müsahiblərimiz: Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov
Ordumuzdan qələbə gözləyirəm və inanıram ki, ordumuz düşmənə öz həddini bildirəcək. Prezidentimiz ordumuzu hər bir şeylə təmin edib, bizə düşən isə döyüşərək müharibəni udub, qələbə çalmaqdır. Biz veteranlar hər zaman dövlətimizin və ordumuzun yanındayıq.

Ordumuza qələbə arzulayıram. Bu günki bayram münasibətilə bütün hərbçiləri, xüsusən də Şəhid ailələrini, Qarabağ qazilərini və veteranları təbrik edirəm.

Görüntünün olası içeriği: 1 kişi, gökyüzü ve açık hava

Qarabağ Əlillərinə Qayğı Ictimai Birliyinin sədr müavini 2 – ci qrup Qarabağ müharibəsi əlili Mahir İbrahimov
Əlbəttə ki, ordumuzdan razıyam. Azərbaycan ordusu tək Azərbaycanda deyil bütün dünyada tanınır. Ordumuzdan gözləntim ancaq qələbədir, inşallah ki, biz ona nail olacıq. Ordumuzdan gözləntim tək Qarabağ deyil, ümumi Azərbaycan ərazisinin azad olunmasıdır. Uğurlar arzulayıram

Görüntünün olası içeriği: 1 kişi
l

 

Related posts

Döyüşə qatılmağa əmr gözləyirik !

Admin

NEFTÇALA DÖYÜŞÇÜLƏRİNƏ YAPON TƏŞKİLATINDAN DƏSTƏK

Admin

Qarabag Əlillərinə Qaygı İctimai Birliyi öz fəaliyyətini genişləndirir.

Admin

Leave a Comment