9 C
Baku
24 Noyabr 2020
Sosial

On il gözləyək – 119 kilometr yol, 76 stansiya olacaq

Hesabat ilində Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 30 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar altı parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

 2030-cu ildə Bakının yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə çatacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat “Bakı Metropoliteni” QSC-nin 2019-cu il üçün Maliyyə Hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat ilində Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 30 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar altı parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.

Hazırda vaqonların inventar parkı 295 vaqondan ibarətdir. 2019-cu ildə texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verən və havalandırma imkanı əvvəlki avadanlıqlarla müqayisədə 3-4 dəfə çox olan yeddi ən müasir ventilyator alınaraq quraşdırılıb.

Hazırda “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

 

Related posts

“Tənəzzüldən çıxacağımıza ümid edirik” – PA rəsmisi

Admin

Azərbaycanda iki rayon ləğv edilə bilər

Admin

İlham Əliyev AzTV-yə müsahibə verdi – FOTO, VİDEO

Admin

Leave a Comment