6 C
Baku
26 Noyabr 2020
Ordu

Silahlı Qüvvələr Günü münasibətilə bütün Şəhid ailələrini, müharibə veteranlarını və əlilləri, eləcə də bütün əsgər və hərbi qulluqçuları təbrik edirik

26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması günüdür.

Silahlı Qüvvələrin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Əslində ordumuzun yaranması ölkəmizin müstəqilliyinə qovuşması ilə üst-üstə düşür.
1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda milli ordu yox idi.Yeni yaradılmış hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə əlahiddə korpus yaradıldı. Bunun ardınca orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Bu, demokratik hökumətin əldə etdiyi uğurlu nəticələrdən biri oldu.

1990-cı illərdə Azərbaycan Respublikası çətin günlərini yaşayırdı. Ölkədə müharibə gedirdi. Müstəqillik dönəmində mənfur ermənilərlə döyüşmək, torpaqlarımızı qorumaq üçün nizamlı bir orduya ehtiyac vardı. Və bu dönəmdə Vətənin cəsur, mərd, vətənpərvər oğulları birləşərək, ilk könüllü dəstələrindən ibarət tabor yaratdılar.Sonralar bu taborlar birləşərək müasir Azərbaycan Ordusuna çevrildi.
1998-ci ildə mərhum prezident H.Əliyev 26 iyunu Silahlı Qüvvələr Günü elan etdi.Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı, dünyada isə sayılan ordu hesab olunur. Xalq öz ordusuna inanır və güvənir.
Biz də, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi olaraq, ulu öndərin ideyalarını və Ali Baş Komandanın siyasətini rəhbər tutaraq, ordumuza dəstək olmağa, torpaqlarımızı müdafiə və işğaldan azad etməyə, Vətən uğrunda son damla qanımızadək vuruşmağa, tökülmüş Şəhid qanlarının qisasının alınmasına hər an hazırıq.
26 iyun — Silahlı Qüvvələr Günü münasibətilə bütün Şəhid ailələrini, müharibə veteranlarını və əlilləri, eləcə də bütün əsgər və hərbi qulluqçuları təbrik edirik və Ali Baş Komandanın döyüş çağırışına hər an hazır olduğumuzu bildiririk.

Qaygi.org.az

 

Related posts

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub

Admin

Ermənistan silahlı qüvvələrini sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Admin

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər – VİDEO

Admin

Leave a Comment