4 C
Baku
23 Noyabr 2020
Dünya

Ay və Marsda niyə yaşamaq olmaz? – Alim açıqladı

İnsan yüksək radiasiya səbəbindən Ay və Marsda yaşaya bilməz.

Qaygi.org.az  xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Tibbi-bioloji problemlər İnstitutunun əməkdaşı Vyaçeslav Şurşakov deyib.

“Radiasiya baxımından Günəş sistemində insanın yaşaması üçün Yerdən başqa normal məkan yoxdur. Yer bizim kosmik gəmimizdir. Burada atmosferimiz və Günəş partlayışları və radiasiyalarından müdafiə edən maqnit sahəmiz var”, – alim bildirib.

Onun sözlərinə görə, Aydakı radiasiyanın dozası Yerdəkindən 400 dəfə artıqdır:

“Marsda radiasiyanın həcmi Aydakından 1.5 dəfə az olsa da, bu planet də kosmik şüalanmaya məruz qalır və insan sağlamlığı üçün ciddi təhdid yaradır”.

Related posts

Rusiyanın İrandakı səfirliyi terror cəhdi xəbərini təkzib etdi

Admin

Ərdoğandan həmkarına qarşı SƏRT ÇIXIŞ: onun kimilər…

Admin

Ana səhifə Yaxın tarix Hitleri məhv etmək tapşırığı alan sovet boksçusunun yarımçıq qalmış əməliyyatı – Fürer niyə öldürülmədi?- İlginc faktlar

Admin

Leave a Comment