8 C
Baku
30 Noyabr 2020
Əsas xəbər

“Prezident haqlı olaraq həyəcan təbili çaldı” – Politoloq

Azərbaycan hökumətinin koronavirusla mübarizə sahəsində atdığı addımların effektliyinin nəticəsi idi ki, bütün dünya bu virusun acı nəticələri ilə üzləşdiyi vaxt ölkəmiz yoluxanların sayını minimuma endirməklə həm yeni xəstəxanaların tikintisi, həm qoruyucu vasitələrlə bağlı fabriklərin işə salınması, həm də sosial problemlərin həllinə nail oldu. Bununla da dövlət hər zaman öz vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi.

Qaygi.org.az  Teleqraf.com-a istinadən açıqlamasında bildirib ki, politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, hələ martın 19-da ölkə başçısının sərəncamına müvafiq olaraq məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edilmişdi:

“Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələyib. Nəticədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib, sahibkarlar, aztəminatlı ailələr, müvəqqəti olaraq işini itirmiş şəxslərlə yanaşı 600 min vətəndaşımız iki ay ərzində 190 manat məbləğində yardım paketindən istifadə edib və hazırda iyun ayı üçün həmin yardımdan yararlanmaqdadır”.

Politoloq bildirib ki, bütün görülən işlərə baxmayaraq vətəndaş məsuliyyətsizliyi olduqca ciddi problemlərin ortaya çıxmasına səbəb olub: “Elə cənab prezidentin çıxışında haqlı olaraq həyəcan təbili çalması da məhz vətəndaş məsuliyyətsizliyi ilə bağlı idi. Maska taxmaqla vətəndaşımıza nümunə göstərən ölkə başçısının qeyd etdiyi kimi qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimələr tətbiq edilməlidir. Çünki bu, artıq milli təhlükəsizlik məsələsidir.

Amma eyni zamanda, onu da qeyd etmək lazımdır ki, koronavirusla mübarizədə dövlət strukturları ilə yanaşı ən böyük məsuliyyət həm də vətəndaşımızın üzərinə düşür. Vətəndaşımız anlamalıdır ki, bu gün bir və ya bir neçə nəfərin məsuliyyətsizliyi sabah daha böyük fəlakətlərə səbəb ola bilər. Bu məsələdə ictimai qınaq olmalı və hər birimiz istər ictimai nəqliyyatda, istər iş yerimizdə, istərsə də mağaza və digər qapalı yerlərdə maska taxmayanlara qarşı polislə yanaşı mübarizə aparmalıyıq. Çünki bu gün o insanların məsuliyyətsiz davranışı tək özləri üçün deyil, həm də bizlərin və ailə üzvlərimizin də xəstələnməsinə yol aça bilər”.

Related posts

Təcili: İrəvan dövlətinin bayrağı qəbul edildi – Foto

Admin

Ermənistan Şuşanın Azərbaycan şəhəri olduğunu rəsmən etiraf etdi – FOTOFAKT/VİDEO

Admin

Düşmən mühasirəyə alındı – Müdafiə Nazirliyi

Admin

Leave a Comment