13 C
Baku
27 Noyabr 2020
Əsas xəbər

Hava xəbərdarlığı: Güclü külək, leysan…

İyunun 25-i gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 25-28 metr olacağı, yarımadanın bəzi yerlərində 30 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qaygi.org.az-a verilən məlumata görə, iyunun 26-sı gündüz və iyunun 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° enəcək, maksimal temperatur 24-27° isti olacaq.

İyunun 25-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Şərq küləyinin sürəti saniyədə 18-23, ayrı-ayrı yerlərdə arabir 25-30 metr olacaq, bəzi Kür vadisi rayonlarında 33-35 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.

Related posts

Dağlıq Qarabağda müharibə təlaşı – “tələ yiyəsi” gəlir..

Admin

Azərbaycanda banklar kredit güzəştlərinə başladı – SİYAHI

Admin

Bu gün saat 11-dən 5-dək küçəyə çıxmamaq məsləhətdir

Admin

Leave a Comment