8 C
Baku
30 Noyabr 2020
Sosial

Bakıda məşhur şadlıq sarayı cərimələndi

Bakı şəhəri, Nizami rayonu “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Related posts

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Admin

Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib

Admin

Sentyabr ayına olan hava proqnozu

Admin

Leave a Comment