8 C
Baku
22 Noyabr 2020
Sosial

Fuad Nağıyev: Azərbaycanda turizm dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir

“Turizm iqtisadiyyatın əsas sahələrindən biri kimi post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir”.

Qaygi.org.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyev Azərbaycanda ilk gündən pandemiya ilə mübarizə çərçivəsində iqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün addımların atıldığını söyləyib.

F.Nağıyev, həmçinin turizm sahəsində sahibkarlara verilən dəstək proqramları, Azərbcaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılması, Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.

Related posts

Reabilitasiya vasitələri əlilliyi olan şəxslərə yaşadıqlara rayonlara aparılaraq verildi

Admin

Düşmənin dinc əhalini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin siyahısı

Admin

BƏƏ Azərbaycana yardım göndərdi – FOTO

Admin

Leave a Comment