9 C
Baku
29 Noyabr 2020
Dünya

Polis Ağ Evin yaxınlığında Endrü Ceksonun heykəlini yıxmaq cəhdinin qarşısını alıb

Sabiq ABŞ prezidenti Endrü Ceksonun heykəlini yıxmağa çalışan etirazçılar Lafayet Meydanına toplaşıb

Paytaxt Vaşinqtonun polisi iyunun 22-də Ağ Evin yanındakı parkda prezident Endrü Ceksonun heykəlini yıxmağa çalışan bir qrup etirazçını geri çəkilməyə məcbur edib.

Lafayet Meydanındakı etirazçılar heykəli salmaq üçün onun ətrafını iplərlə bağlayıblar. Bundan sonra ABŞ Park Polisinin onlarla zabiti dəyənək və bibər qazından istifadə edərək nümayişçiləri meydandan uzaqlaşdırıb.

Prezident Donald Tramp iyunun 22-də Tvitterdə etiraz edənləri qınayıb və onlara xəbərdarlıq edib: “Veteranların Xatirəsinin Qorunması Aktına əsasən 10 il həbs. Ehtiyatlı olun! ”

Bu, iyun ayının əvvəlində prezident Trampın Lafayet Meydanının qarşısındakı küçədəki kilsənin önündə şəkil çəkdirməsindən əvvəl etirazçıların polis tərəfindən zorla təmizləndiyi eyni yerdir.

1829-1837 illərdə ölkənin yeddinci prezidenti olmuş Ceksonun prezidentlikdən əvvəlki hərbi karyerasının şərəfinə hazırlanmış heykəli onu atın üstündə, hərbi geyimdə təsvir edir. Lakin o həmçinin ABŞ-ın cənubunda minlərlə yerli amerikalının öz torpaqlarından zorla çıxarılmasına səbəb olan 1830-cu ilə aid qanunu imzaladığına görə tənqid edilib. Bir çox yerli sakinlər qərbə yürüş edərkən həyatlarını itirdiyinə görə bu hadisə tarixdə “Göz yaşlarının izi” kimi tanınır.

Cekson da Tennessi plantasiyasında bir çox qula sahib idi və onlara tez-tez sərt davranırdı.

Ceksonun heykəlini yıxmaq cəhdi keçən ay Minneapolis şəhərində polis nəzarətində olarkən dünyasını dəyişən qaradərili Corc Floydun ölümündən sonra irqçiliyə qarşı baş qaldıran etirazların bir hissəsidir. Etirazlar 1861-65-ci illər Vətəndaş Müharibəsi zamanı ABŞ-ın şimaldan ayrılan quldar cənub ştatlarını təmsil edən heykəllər, abidələr və Konfederasiya bayrağı daxil olmaqla, ağların hökmranlıq rəmzlərinə qarşı yeni bir etiraz dalğasının bir hissəsidir.

Bir çox heykəl və abidələr etirazçılar tərəfindən yıxılıb və ya onlara zərər vurulub, ya da etirazlara cavab olaraq yerli məmurlar tərəfindən sökülüb.

Related posts

İrəvanda AJİOTAJ: Ermənilər ölkəni tərk edir – FOTO/VİDEO

Admin

Övladları olmayan evli cütlük analiz verdilər — DƏHŞƏTLİ HƏQİQƏT ŞOKA SALDI

Admin

SON DƏQİQƏ XƏBƏR: Prezident Ərdoğandan Kılıçdaroğlu’na qarşı vurduğu ziyana görə 2 milyon liraya iddia

Admin

Leave a Comment