9 C
Baku
24 Noyabr 2020
Dünya

Putindən işğalçıya mesaj: “Qardaş erməni xalqı…”

Rusiya Prezidenti Vladimir Putin erməni həmkarı Armen Sərkisyana ad günü münasibətilə təbrik məktubu göndərib.

Qaygi.org.azTeleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sərkisyanı doğum günü münasibətilə təbrik edən Putinin məktubunda erməniləri “qardaş” adlandırması da diqqətdən yayınmayıb:

“Rusiya-Ermənistan müttəfiq münasibətlərinin inkişafında fəal marağınız Rusiyada yüksək qiymətləndirilir. Əminəm ki, Avrasiyaya inteqrasiya prosesləri çərçivəsində konstruktiv ikitərəfli əməkdaşlıq və tərəfdaşlığın bundan sonra da qurulması qardaş xalqlarımızın əsas maraqlarına cavab verir”.

Əlbəttə, ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin nizamlanması ilə məşğul olan Rusiya başçısının işğalçını “qardaş” adlandırması birmənalı qaşılanmır.

Onu da qeyd edək ki, Putin bundan əvvəlki çıxışlarında rus çarı I Pyotrun ermənilərin Türkiyə və Azərbaycanla sərhədlərdə yerləşdirilməsi barədə vəsiyyətini də xatırlamışdı. Həmin çıxışında bu sözlərlə yadda qalmışdı: “Deyildi və yerinə yetirildi”.

Başqa sözlə, işğalçıya dəstəyi dövlət siyasətinə çevirmiş Rusiya və onun liderinin ermənilərə qardaşlıq mesajı ünvanlanması, kimin kim olduğunun, kimin yanında dayandığının açıq nümayişidir.

Related posts

Virusoloqdan PROQNOZ — “Qışda koronavirus pandemiyası…”

Admin

Ermənistanın Tehrandakı səfirliyi qarşısında 20 dəfədən çox mitinq keçirilib

Admin

Lukaşenko ilə Putin arasındakı telefon danışığının təfərrüatı məlum olub

Admin

Leave a Comment