7 C
Baku
23 Noyabr 2020
Dünya

Cənubi Koreya: “Proqnozlarımız səhv çıxdı, ikinci dalğa artıq başlayıb”

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin sədri Çon In Gön paytaxt Seul və ətraf ərazilərdə Kovid-19 epidemiyasının ikinci dalğasının başladığını və bu halın payızadək davam edə biləcəyini deyib.

Avropa.info xəbər verir ki, Gön epidemiyanın ikinci dalğasının payızda başlaması ilə bağlı yanıldıqlarını deyib:

“Biz əvvəlcədən hesab edirdik ki, ikinci dalğa payız ya da qış da başlayacaq. Proqnozlarımız səhv çıxdı. Düşünürük ki, insanlar bir-biri ilə sıx əlaqə saxladıqca infeksiyanın yayılması davam edəcək”.

Çon In Gön Seulda ikinci dalğanın mayın əvvəlin qeydə alınmış cəmi bir neçə yoluxmadan başladığını deyib.

Seul şəhər bələdiyyəsi sutkalıq yoluxma halının 30 nəfərdən çox olacağı, yaxud xəstəxanaların 70%-nin dolacağı təqdirdə paytaxtda yenidən sərt sosial məsafə qaydalarının tətbiq oluna biləcəyini bildirib.

Related posts

Ermənistanın Tehrandakı səfirliyi qarşısında 20 dəfədən çox mitinq keçirilib

Admin

Türkiyә vә Fransa prezidentlәri arasında telefon danışığı olub

Admin

Rusiya 400 ton silah çatdırdı, ermənilər isə yenə Moskvadan narazıdır

Admin

Leave a Comment