9 C
Baku
24 Noyabr 2020
Sosial

“Vərəm peyvəndinə görədir” deyirdi: indi nə hiss keçirir?

Hökumət dünyada pandemiya elan olunanda dərhal preventiv addımlar atdı. Bunun nəticəsi olaraq epidemiya dünyada, qonşu ölkələrdə tüğyan edəndə bizdə yoluxanların sayı gün ərzində 20-30 nəfər arasında dəyişirdi. O zaman Sevinc Osmanqızı, Əli Kərimli çox pərt vəziyyətdə açıqlamalar verirdilər ki, bu hökumətin xidməti deyil, keçmiş sovet respublikalarında vərəm əleyhinə aparılmış peyvəndə görədir. Görəsən, indi hansı hissləri keçirirlər?

Qaygi.org.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibəsində deyib.

O bildirib ki, insanlarımızın bir qismi bu tipli məsuliyyətsiz açıqlamaların təsiri altında epidemiyanı ciddi qəbul etmədi, sosial məsafə saxlanılmadı, tibbi maskalardan istifadə olunmadı:

“Hələ o zaman mən bəyanatla çıxış etdim ki, ölkədə rəsmi olaraq karantin elan olunandan sonra epidemiyanın real təhlükə yaratmadığı barədə çıxış edən və belə materialları yayan şəxslərin inzibati məsuliyyətə cəlb olunması barədə qanun qəbul edək. Təəssüf ki, bunu etmədik. Ona görə də məhdudiyyətlər yumşaldılan kimi epidemiya yenidən sürətlə yayılmağa başladı. Amma bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqindədir və ümid edirəm ki, biz özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq”.

Related posts

Bu gün 20 mindən artıq şagird üçün buraxılış imtahanı keçirilir

Admin

Azərbaycan yaxınlığında BÖYÜK SUNAMİ FƏLAKƏTİ: kilometrlərlə ərazi su altında qalacaq

Admin

4 ölkə Türkiyəyə Aralıqda “meydan oxudu”… – Şərh

Admin

Leave a Comment