8 C
Baku
24 Noyabr 2020
Sosial

Abşeronda məmur həbsləri ilə bağlı RƏSMİ MƏLUMAT

Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.

Qaygi.org.az Publika.az-a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

“Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”, – mətbuat xidmətindən bildirilib.

Related posts

Bakıda polis “102”-yə zəng edən ailəyə çörək alıb verdi

Admin

Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət etdi: Onlayn müsahibələrə üstünlük veriləcək

Admin

Sabah bu insanlar üçün əlverişli hava olacaq – PROQNOZ

Admin

Leave a Comment