9 C
Baku
29 Noyabr 2020
Sosial

İtkin düşən qızlar Bakıya gələn “KamAZ”da tapıldı – Yenilənib

Cenub.az saytının məlumatına görə, 10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər. Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir “KamAZ” maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Qaygi.org.az Trend-ə istinadən bildirir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Related posts

BNA-da nə baş verir? – Milyonlar xərclənir, problem isə böyüyür…

Admin

Əsassız göndərişlər əsasında təyin edilmiş daha 2 min 600 əlillik ləğv olunub

Admin

Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

Admin

Leave a Comment