8 C
Baku
24 Noyabr 2020
Siyasət

Koronavirus xəstəsinin ölməzdən öncə son sözləri – VİDEO

Türkiyədə koronavirusdan həyatını itirən cərrahiyyə həkimi Salih Çevlinin ölümündən öncə çəkilən görüntüləri yayılıb.

Qaygi.org.az qafqazinfo-ya istinadən xəbər verir ki, ümumi cərrahiyyə və anatomiya təcrübəsinə sahib olan, tibb və elektronikanı özündə birləşdirən ixtiraları ilə diqqət çəkən və 33 ildən çox bir hərbi həkim olaraq çalışan Dr. Salih Çevli koronavirusa mayın əvvəlində yoluxub. O, xəstəxanada 20 günlük həyat mübarizəsinin demək olar ki, hər anında insanları xəbərdar etmək üçün videolar çəkərək virusa qarşı ehtiyyatlı olmağa çağırıb.

“Lazımsız yerə çölə çıxmayın, maska taxmadan gəzməyin, bu, düşündüyünüz kimi bir şey deyil. Özünüzü bu virusla öldürməyin”,- deyə çağırışlar edən Çevli mayın 27-si dünyasını dəyişib.

Həkimin həyat yoldaşı Pınar Çevli Salihin xroniki xəstəliklərdən əziyyət çəkdiyi üçün daim özünü qoruduğunu, lakin bununla belə virusa necə yoluxduğunu anlaya bilmədiyini deyib.

Onun sözlərinə görə, həyat yoldaşı onunla sonuncu dəfə əlaqə saxladıqdan yarım saat sonra vəfat edib.

“Maskanı çənəsinin altında saxlayanlara çox əsəbiləşirəm. Bu, zarafat deyil, sevdiyiniz birinin nəfəs ala bilmədiyini görmək çox ağırdır”,- deyə Pınar Çevli bildirib.

Related posts

Vladimir Zelenski soydaşımızı Odessa vilayətinin hakimi təyin edib

Admin

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi birgə məlumat yayıb

Admin

Baş prokuror Kamran Əliyev ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb – FOTO

Admin

Leave a Comment