9 C
Baku
29 Noyabr 2020
Əsas xəbər

Müdafiə Nazirliyinin nümayəndələri Mübariz İbrahimovun məzarını ziyarət edib

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin nümayəndə heyəti igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Anma mərasimində Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini deyən polkovnik Elvin Əzizov Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.

Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Xüsusi qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Related posts

Dillər universiteti Ordumuza 52340 manat yardım etdi

Admin

Qarabağın azərbaycanlı İcmasına yeni sədr müavini təyin edildi

Admin

İrandan Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərilib – BU DA SƏNƏDLƏR…

Admin

Leave a Comment