6 C
Baku
26 Noyabr 2020
İdman

‘Səbail’in baş məşqçisi: ‘Hazırkı qərar doğrudur’

19 İyun, 2020  11:48 xeber – “Hamımız istəyirdik ki, peşəmizə və futbola qayıdaq. Buna da ümidlənmişdik. Sadəcə, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlar çempionatın davam etdirilməsini daha da çətinləşdirdi. Həftəsonu qadağaları da Premyer Liqaya təsir etdi”.

Bu fikirləri “Report”a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqası və ölkə kubokunda cari mövsümün dayandırılmasına münasibət bildirərkən deyib.
39 yaşlı mütəxəssis hökumətin qərarlarının AFFA-nı mövsümü yekunlaşdırmağa vadar etdiyini vurğulayıb. Hacıyevin sözlərinə görə, ilk olaraq, insanların sağlamlığını düşünmək vacibdir: “Burada söhbət sırf sağlamlıqdan gedir. Koronavirus pandemiyasının yayılması ilə birlikdə futbolçuların zədələnmək məsələsini də düşünmək lazım idi. Onlar risk altına düşürdü. İstəyirdik ki, çempionat yaxşı və sağlam şərtlərlə davam etdirilsin”.

Baş məşqçi avrokuboklardan kənar qalmalarına səbəb olan qərara da reaksiya verib: “Avropa Liqasında düşmək üçün bizim də şanşımız var idi, amma verilən qərara hörmətlə yanaşırıq. Çünki AFFA hər şeyi geniş təhlil edərək, çempionatı bərpa etməyə son ana kimi çalışdı. Məncə, hazırkı qərar doğrudur. Hamıya bəllidir ki, növbəti həftələrdə karantin rejimi daha da sərtləşəcək. Oyunları bu şəraitdə keçirmək çətin olduğundan, hamımız qərara hörmətlə yanaşırıq və Avropa Liqasına gedə bilməməyimizi normal qarşılayırıq. Ötən il Avropa Liqasında iştirak etmişik, bu il də sona kimi mübarizə apardıq. Son oyunda “Zirə” ilə matçda qələbə qazana bilsəydik, 4-cü pillədə biz olardıq. Avrokubokda iştirak edəcək bütün təmsilçilərimizə uğurlar arzulayıram”.

Baş məşqçi “Səbail”in növbəti mövsüm üçün taleyinin qeyri-müəyyən olması ilə bağlı yayılan iddialara da toxunub: “Bu informasiyaların hardan çıxdığını bilmirəm. Ancaq son qərarda da göründü ki, heç bir komanda Premyer Liqanı tərk etmir və eyni klublar növbəti mövsüm də Premyer Liqada iştirak edəcək. Amma bundan sonra nə olacaqsa, onu indidən deyə bilmərəm. Deyilən xəbərlər əsassızdır, çünki bizdə belə məlumat yoxdur. Çempionatı yeni bitib, rəhbərliklə gələcək taleyimiz barədə görüşümüz olacaq”.

Hacıyev hazırda yeni mövsümün planları barədə danışa bilməyəcəyini sözlərinə əlavə edib: “Bundan daha vacib məsələlər mövcuddur. Hazırda mənim də sözləşməm bitib, rəhbərliklə görüşümüz yaxın günlərdə olmalıdır”.

Related posts

Tech Insider – Should Apple release an iPad Pro mini?

Admin

AFFA-nın milliləşdirmək istədiyi futbolçu klubu ilə müqaviləni ləğv edib

Admin

Düşmən atəşkəsi 27 dəfə pozub

Admin

Leave a Comment