8 C
Baku
22 Noyabr 2020
Sosial

Prokurorluq 14 yaşlı Emilin ölümü ilə bağlı məlumat yaydı

Sabirabad rayon prokurorluğu Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində itkin düşən şəxsin meyiti tapılması ilə bağlı məlumat yayıb.

Publika.az Prokurorluğa istinadən xəbər verir ki, iyunun 18-də, saat 17 radələrində Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Emil Məmmədovun çimərkən boğularaq ölməsi və meyitin itkin düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirili.

E.Məmmədovun meyitinin aşkar edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin Muğan dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılmış, 19 iyun 2020-ci il tarixdə meyit aşkar edilərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Related posts

Dərsliklərin paylanılması bu tarixədək tam yekunlaşacaq

Admin

Alimlər koronavirusdan ölüm hallarına genetikanın təsirini araşdırıblar

Admin

Vətəndaşların qəbulu noyabrın 2-dək dayandırılır – Nazirlik

Admin

Leave a Comment