11 C
Baku
28 Noyabr 2020
Dünya

Danielyan: “Rus bazası Ermənistandan çıxarılır, Qarabağ qaytarılır” – Şok

Ermənistanda fəaliyyət göstərən “Adekvad” adlı təşkilatın rəhbəri Artur Danielyan Ermənistanda baş verən son proseslərə diqqət çəkib.

Faşist hərəkatı kimi tanınan “Adekvad”ın rəhbəri Ermənistanın mövcud hakimiyyəti haqda sərt ittihamlar irəli sürüb.

Teleqraf.com onun “Verelq” nəşrinə müsahibəsini ixtisarla təqdim edir.

– İddia edirsiniz ki, Emənistan birbaşa xarici dövlətlərin nəzarəti altındadır. Xahiş edirəm faktlarla danışın.

– Paşinyan hökumətinin Qərbin qlobalist institutları tərəfindən nəzarət altına alınması ilə əlaqəli faktların sayılması böyük bir kitab deməkdir. Yalnız onu deyə bilərəm ki, Paşinyan özü dəfələrlə Avropa rəsmilərinin səyləri sayəsində həbsdən azad edildiyini, illərlə Amerika fondları tərəfindən maliyyələşdirildiyini və komandasının da oradan qidalandığını bildirmişdi.

Paşinyanın həyata keçirdiyi çevriliş prosesi, xüsusən də Qərb və İsrail tərəfindən dəstəklənən protestant təriqətlərinin fəal iştirakı ilə reallaşdı. Baş nazir olaraq Paşinyan homoseksuallığın təbliğindən başlayaraq, həm türk cəbhəsinin, həm də azərbaycanlıların tələsinə düşməklə, dövlət səviyyəsində rusofobiya haqqında danışmamaqla qlobalist gündəmin prioritet mövzularını fəal şəkildə təbliğ etməyə başladı.

– Siz Serj Sərkisyanın heç bir səbəb olmadan Ermənistan Prezidenti Armen Sərkisyanı bu posta “təyin etdiyini” və ona çox konkret bir vəzifə verildiyini iddia edirsiniz. O hansı vəzifədir?

– Bəli, Armen Sərkisyanın “təyin edilməsi” əslində sırf Serjin addımı idi. 2016-cı ilin Aprel döyüşlərindən sonra Serj Sərkisyan beynəlxalq təzyiqlər qarşısında qaldı. Məqsəd Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaq idi. Beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ondan birtərəfli güzəştlər etməyini tələb etdi, Serj Sərkisyan buna qarşı çıxdı. Aprel döyüşlərində yüzə yaxın əsgərimizi itirdik, sonra Qərbin təsir dairəsində olan agentlər ordudakı xəyanətlərdən danışmağa başladılar.

Sonra İrəvanda adı çəkilən “xainlərin” istefası tələbi ilə terror aktı başlandı. Nikol Paşinyan dərhal terrorçulara qoşuldu.

Xarici siyasi “tərəfdaşları” rahatlaşdırmaq üçün hücum qarşısında qalan Serj Sərkisyan ilk dəfə Moskvayönümlü Karen Karapetyanı baş nazir vəzifəsinə təyin etdi və iki il sonra Londonyönümlü Armen Sərkisyanı prezident vəzifəsinə gətirdi. Sonradan təcrübə göstərdi ki, tarazlıq baş vermədi, əvəzində hamı Serjə qarşı birləşdi, 2016-cı ilin aprelində olduğu kimi.

 

2012-ci ildə Armen Sarkisyanın üzvü olduğu Avroatlantik Təhlükəsizlik Təşəbbüsünün iclasında Türkiyənin ATƏT-in Minsk Qrupu çərçivəsində rolunun artmasının, Şahdəniz yatağından əvvəlcədən planlaşdırılan TANAP qaz kəməri ilə qazın bölgə üzərindən Avropa bazarlarına təhlükəsiz nəqlinə imkan verəcəyi açıqlandı. Bu baxımdan, 30 ildir Avro-Atlantikistlərin maraqlarına xidmət edən Armen Sarkisyanın prioriteti yenə də Türkiyənin şərtləri ilə yenidən Ermənistan-Türkiyə barışığı məsələsidir. Bu, Qarabağın Azərbaycana verilməsi və azərbaycanlıların bu bölgədə məskunlaşdırılması və erməni soyqırımı ilə bağlı Türkiyə ilə ortaq mövqeyə gəlmək deməkdir.

– Siz dəfələrlə Qarabağın təhlükə altında olduğunu bildirmisiniz. Bu təhlükə nədən ibarətdir, başqalarına məlum olmayan nəyi bilirsiniz?

– Hakimiyyət dəyişikliyindən dərhal sonra Paşinyan danışıqlar formatını dəyişdirdi və Azərbaycan tərəfinin tələblərini qanuniləşdirdi. Sonra öz planlarını ört-basdır etmək üçün yalan danışmağa başladı. İndi də Paşinyan və Zohrab Mnatsakanyan yalan danışır.

İş o yerə çatdı ki, Rusiya Xarici İşlər Nazirliyi Zaxarova və Lavrovun ağızları ilə danışıqlarda erməni ictimaiyyətinin diqqətini fəlakətli ssenariyə cəlb etməyə başladı. “Mərhələli həll”, “icmaların seçilmiş nümayəndələri”, “sülhə hazırlıq” – hamısı eyni şeydir, ermənilər Qarabağı təslim etməlidir.

– Ermənistanın indiki daxili siyasi vəziyyəti barədə nə deyə bilərsiniz?

– Ermənistan indi soyuq vətəndaş müharibəsi mərhələsindədir. Hakimiyyətin əxlaqsızlığı bu prosesi isti bir mərhələyə aparır, çünki bu atmosferdə Rusiya bazasının Ermənistandan çıxarılması asan olacaq.

Related posts

Günün fotosu – Hindistanlı varlının qızıl teşti

Admin

Yunan muzdluları Yerevana gəlir – Azərbaycana qarşı…

Admin

Ermənistanda vəziyyət daha da qəlizləşdi: 23 məhkəmə işçisi…

Admin

Leave a Comment