10 C
Baku
23 Noyabr 2020
Siyasət

Bu söhbət gedəndə Paşinyan sakit oturmalıdır – Əliyev

Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitindəki çıxışına Ermənistan Baş naziri Nikol Paşinyanın replikasına cavabında deyib.

“Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram”, – Prezident vurğulayıb.

Qeyd edək ki, Paşinyan Prezident İlham Əliyevin çıxışından sonra Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını (Ramil Səfərovla bağlı qərar – red.) sitat gətirərək, guya Azərbaycanın öz ərazisində irqçilik həyata keçirdiyini iddia edib.

Related posts

Yalan işə yaramadı: Paşinyan Moskvaya gedir – Şok gəlişmə

Admin

Aİ Azərbaycanla viza rejiminə yenidən baxa bilər

Admin

Putin dönəmində Qarabağda böyük sülh anlaşması… mümkünmü?

Admin

Leave a Comment