8 C
Baku
22 Noyabr 2020
Sosial

İTV-nin əməkdaşları koronavirusa yoluxdu

İctimai Televiziya və Radio Yayımları Şirkəti yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.

Bu barədə “Report”a şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib.

O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.

Related posts

İyul ayına olan hava proqnozu

Admin

Onlayn biznes-forumda sosial müdafiə sahəsində aparılan islahatlar, bu sahədə innovativ yeniliklər barədə məlumat verilib

Admin

TOFİQ YAQUBLUYA QAN KÖÇÜRÜLÜB

Admin

Leave a Comment