11 C
Baku
28 Noyabr 2020
Sosial

1 həftəlik sərt karantin rejimi tədbiq edilə bilər- AÇIQLAMA

Xəbər verdiyimiz Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib. Əgər ölüm sayı artım dinamikası ilə davam etsə, Bakıda və bölgələrdə 1 həftəlik komendant saatı elan edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Cavid Osmanov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə baş verən prosesi nəzarətdə saxlayır: “Tədbiq olunur karantin rejimləri və verilən qərarlar mövcud vəziyyətə uyğun tədbiq olunur. İnsanların daha çox virusa yoluxması və ölməsi yaxşı hal deyil. Artıq bu virusun yayılma coğrafiyasının genişləndiyinin şahidi oluruq. Əgər birinci dəfə sərt karantin rejimi 5 şəhər və rayonda tədbiq edilirdisə bu həftə bu say 9-a yüksəldi. Bu o deməkdir ki, virusun yayılma ərazisi çoxalır. Bu da yaxşı hal deyil. Xüsusilə sərt karantin rejimi tədbiq edilən günlərdə insanların digər rayonlara üz tutması bu virusun yayılma çoğrafiyasını daha da genişləndirə bilər. Belə olan halda yəni virusa yoluxanların sayı artma dinamikası ilə davam edərsə 1 həftəlik sərt karantin rejimi tədbiq edilə bilər. Bilirsiniz ki, cənab prezidentin tapşırığı ilə 10 modul tipli yeni xəstəxanalar tikilir. Onun artıq 4-ü hazırdır. Burada xəstəxanaların mövcudluğu ilə yanaşı təbii ki, koronavirusla mübarizə aparan həkim və tibb işçilərin varlığı da vacibdir. Ona görə də tibb işçilərinin işini daha da çətinləşdirməmək üçün ola bilər ki, gələcəkdə Operativ Qərargah mövcud vəziyyətə baxaraq yeni qaydalar tədbiq etsin”.

Related posts

“Azərbaycan Beynəlxalq Bankı” investisiya şirkəti yaradıb

Admin

Birinci müavini cəzalandırılan rayondan daha bir şikayət: “Ərazi zibilliyə çevrilib” – FOTO

Admin

Sabahın havası açıqlandı

Admin

Leave a Comment