9 C
Baku
29 Noyabr 2020
Dünya

ABŞ-ın dövlət katibi Donald Trampı gəvəzə adlandırıb

ABŞ və Şimali Koreya arasında 2018-ci ildə keçirilən tarixi sammitdə ABŞ-ın dövlət katibi Maykl Pompeo Prezident Donald Trampı gəvəzə adlandırıb.

“Report” “The New York Times”a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton memuarlarında yazıb.

Sabiq müşavirin “Hadisənin baş verdiyi otaq: Ağ evin xatirələri” hələ işıq üzü görməsə də, qəzet kitabdan müəyyən hissələri dərc edir.

“2018-ci il iyunun 12-də Donald Tramp və Kim Çen Inın görüşündə Maykl Pompeo Con Boltona üzərində “O elə gəvəzədir ki” yazılmış kağız verib”, – “The New York Times” yazıb.

C.Boltonun sözlərinə görə, olaydan bir ay sonra M.Pompeo Ağ evin Şimali Koreya siyasətinin “uğursuzluğa məhkum” olduğunu vurğulayıb.

C.Bolton həmçinin qeyd edib ki, D.Trampın müşavirləri onun arxasınca gülürlər.

Xatırladaq ki, ABŞ-ın Ədliyyə Nazirliyi prezidentin sabiq milli təhlükəsizlik müşaviri Con Boltonu məhkəməyə verib. ABŞ hökuməti hesab edir ki, Bolton müşavir vəzifəsinə təyin edildiyi zaman gizli məlumatları açıqlamamaqla bağlı üzərinə götürdüyü öhdəlikləri pozur.

Related posts

Livanda erməni əsilli aparıcıya etiraz olaraq aksiya keçirilib

Admin

Qarabağa qarşı yeni terror: Livanlı ermənilər İrəvana axışır – Paşinyan açıqladı

Admin

ABŞ kosmik qüvvələrini İrana yaxınlaşdırır –İNCİRLİK LƏĞV OLUNARSA, YENİ HƏRBİ BAZA KRİTƏ KÖÇÜRÜLƏCƏK

Admin

Leave a Comment