11 C
Baku
27 Noyabr 2020
İdman

AVRO-2020: UEFA təşkilatçı şəhərləri təsdiqlədi

AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərin siyahısında dəyişiklik olmayacaq.

“Report”un “Sky Sports”a istinadən məlumatına görə, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Qitə futbol qurumu oyunların keçiriəcəyi 12 şəhəri təsdiqləyib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Related posts

UEFA “Qarabağ”ın oyununu siyahıdan çıxardı

Admin

Donald Gerye “Qarabağ”a qoşuldu

Admin

Bu ərazidə 3 gün su olmayacaq? – Açıqlama

Admin

Leave a Comment