9 C
Baku
29 Noyabr 2020
Sosial

1 saylı Kliniki Tibbi Mərkəz bağlandı – SON DƏQİQƏ

1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb.

Bu barədə Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub: “Artıq mərkəzdə olan bütün xəstələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür.

Bu gün xəstələrin köçürülməsi prosesi başa çatdırılacaq. Səhərdən mərkəz tam olaraq koronavirus xəstələri üçün ayrılacaq”.

Related posts

Gecə yürüşünə kim kölgə saldı? – Politoloq ad çəkdi

Admin

Təhsil Nazirliyindən məktəblilərlə bağlı MÜHÜM QƏRAR

Admin

Azərbaycan Prezidenti rusiyalı yazıçını təbrik edib

Admin

Leave a Comment