8 C
Baku
25 Noyabr 2020
Sosial

2 milyon dollarla dolu çantanı suya atdılar

ABŞ Gömrük və Sərhəd Mühafizə İdarəsi (CBP) Porto Rikonun dəniz sərhədi daxilində suya atılan 2 milyon dollar qaçaq pulun ələ keçirildiyini açıqlayıb.

Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir k, ABŞ rəsmiləri, Porto Riko dəniz sularında bir qayığı təqib ediblər. Qayıqda olan insanlar təqib olundqlarını bildikdən sonra suya bir neçə çanta atıblar.

Sərhəd mühafizə xidməti çantalarda 2 milyon dollardan çox qaçaq pulun olduğunu bildirib.

Hadisə Porto Rikonun şərqində yerləşən turistik Vieques adasının yaxınlığında baş verib.

Karib dənizinin şimal-şərqindəki bir ada ölkəsi olan Porto Riko, ABŞ torpaqları olmasına baxmayaraq dövlət statusu sayılmayan daxili işlərində muxtar bir ölkədir.

ABŞ Gömrük və Sərhəd Mühafizə İdarəsi, narkotik və çirkli pulların qaçaqmalçılıq yolu ilə Porto Rikodan ABŞ-a qanunsuz keçirtməyə çalışanlara qarşı daima mübarizədədir.

Related posts

MM-də uşaqpulu gündəmə gətirildi: Bəzi başçılar…

Admin

Fermerlərə şad xəbər: gübrənin qiyməti ucuzlaşdı

Admin

Güclü şimal-qərb küləyi əsəcək. 

Admin

Leave a Comment