8 C
Baku
27 Noyabr 2020
Sosial

Bakı təhsili rəqəmlərdə – 12-ci sinifi 124 nəfər bitirib

2019-2020-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 440 min 426 şagirdin təlim tərbiyəsi ilə 27 min 786 müəllim məşğul olub. İdarənin müdiri Rəşad Tağıyev ATV Xəbərə açıqlamasında bildirib ki, bu il birinci sinifi 45 min 573, 9-cu sinifi 30 min 888, 11-ci sinifi 19 min 612, 12-ci sinifi isə 124 nəfər bitirib. Bu tədris ili ərzində 23 min 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb. 5 məktəbdə peşə təmayüllü siniflər, 4 məktəbdə ingilis dili resurs mərkəzi yaradılıb. 32 məktəbdə isə STEAM layihəsi tətbiq edilib.

Rəşad Tağıyev – BŞTİ-nin müdiri

Bizim 39 məktəbimizdə 170-ə yaxın sinifimizdə sağlam təhsil sinifləri fəaliyyət göstərdi. Eyni zamanda bu tədris ilində ilk dəfə olaraq 20 məktəbimizdə 26 məktəbəhazırlıq qrupunda sağlam siniflər fəaliyyət göstərdi. Təmayülləşmə ilə qeyd etmək istəyirəm ki, 163 məktəbdə 358 sinif təşkil olunmuşdu ötən tədris ilində.Eyni zamanda 4 ümumtəhsil məktəbimizdə inkuliziv siniflər fəaliyyət göstərdi.

Related posts

TƏBİB AzTV əməkdaşının səsyazısı barədə: “40 dəqiqə sonra öldü”

Admin

Azərbaycanda karantin rejiminin uzadılması ilə bağlı VACİB AÇIQLAMA

Admin

Ali məktəbələrə ixtisas seçimi başlayır

Admin

Leave a Comment