8 C
Baku
24 Noyabr 2020
Əsas xəbər

Azərbaycan COVİD-19 epidemiyasının pik dövrünü yaşayır – həkim

Bakı/16.06.20/Turan: Nazirlər Kabinetinin xəstəliyi yüngül formada keçirən COVİD-19 xəstələrinin yaşadıqları yerlərdə müalicə alması ilə bağlı qəbul etdiyi qərar tədbiq olunandan sonra xəstəxanalarda vəziyyət nisbətən yüngülləşəcək. Bu barədə TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

“Hələ ki, bu qərar tədbiq olunmur. Yaxın günlərdə onun tədbiqi gözlənilir”, deyə Əliyeva qeyd edib.

Onun iddiasına görə, kronavirus testlərinin cavabları vaxtı-vaxtında verilir. “Əvvəlki müddətdə bir az gecikmələr olurdu. Bu da testlərin artması ilə bağlı idi. Sonra bu qaydasına düşdü və bir gün ərzində cavablar məlum olurdu. İndi də belədir. Cavabların çıxması 1-2, maksimum 3 gün ərzində olur. Testlərin sayı ilə bağlı ölkədə heç bir problem yoxdur”, deyə Əliyeva bildirib.

“Şənbə günü keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətin sədri Ramin Bayramlı qeyd edib ki, sərt karantinin nəticələri 7-12 gün sonra bilinəcək. Dərhal bu nəticəni görmək mümkün deyil”, deyə Əliyeva qeyd edib.

Öz növbəsində, tibb elmləri doktoru Adil Qeybulla “Azadlıq Radiosu”na bildirib ki, son günlər ərzində koronavirus xəstələrin sayın artdığına görə, xəstəxanalar gərgin iş rejimində işləyir. “Gündə 300-400 arası xəstə 10 günə 4000 xəstə deməkdir. Xəstəxanalar bu qədər xəstəyə dözə bilmir. Buna görə koronavirus xəstələrinin qəbulu, demək olar ki, dayandırılıb. Vəziyyət ciddidir və bu situasiyada biz xeyli itkilərlə üzləşəcəyik”, deyə həkim bildirib.

Bununla belə, o, əvvəlki sərt karantin rejiminin tədbiqini real hesab etmir. “İnsanları evdə saxlamaq mümkün görünmür. Yəqin ki, insanlar küçədə yıxılıb öləndə, gündəlik xəstə sayı 600-700-ü keçəndə insanlar bunun dəhşət olduğunu dərk edəcəklər”, deyə Qeybulla qeyd edib.

O, həftə sonu tətbiq edilən iki günlük qadağaları mənasız hesab edir. Çünki qalan günlərdə insanlar zəzuri tədbirlərə riayət etmir. Həkimin fikrincə, Azərbaycan hazırda epidemiyanın pik dövrünü yaşayır və bu, hələ bir müddət davam edəcək.

“Kollektiv immunitet söhbəti var. Xeyli insan yoluxacaq. Hesab edirəm ki, hazırda 60% civarında insanlar yoluxub. Bununla kollektiv immunitet yaranacaq və vəziyyət sabitləşib yaxşılığa doğru gedəcək”, Qebulla belə hesab edir.

“Ola bilsin testin cavabı neqativ olsun, amma insanın xəstəliyi olsun. Çünki testin dəqiqliyi heç də 100% deyil. Evdə müalicə alan xəstələr də müşahidə altında olmalıdır”, deyə Qeybulla bildirib. -06D-

 

Related posts

Elmar Məmmədyarov istefa verdi

Admin

QHT-lər həmsədrlərə və beynəlxalq təşkilatlara müraciət edib

Admin

Mən də Qaraqaya yüksəkliyindəyəm! – Rus jurnalistə inananlara cavab

Admin

Leave a Comment