9 C
Baku
29 Noyabr 2020
Ordu

BU GECƏ ATƏŞKƏS YENƏ POZULUB

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərindən iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək atəşkəsi pozub. Qaygi.org.az  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Related posts

Son dəqiqə! Müdafiə Nazirliyi məlumat yaydı – Bu gün…

Admin

HHQ-nin təlim-döyüş uçuşları keçirilir – VİDEO

Admin

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub

Admin

Leave a Comment