6 C
Baku
25 Noyabr 2020
Sosial

Azərbaycanda koronavirusa yoluxan həkim uşaq dünyaya gətirdi

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında daha bir həkim koronavirusa yoluxub. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü onkoloq İndira Səfərova COVİD-19 daşıyıcısı olaraq hamiləliyinin 37-ci həftəsində uşaq dünyaya gətirib, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə tam sağlamdır. Onkoloqun vəziyyəti artıq yaxşılaşıb.

Qeyd edək ki, bu klinikanın həkimləri arasında artıq COVID-19-a ikinci yoluxma halıdır. Ötən gün Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov koronavirusdan vəfat edib. F.Namazovun ürəyində stend olması onun bu xəstəliklə mübarizə aparmasına problem yaradıb.

Related posts

Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi

Admin

Ruslar Suriyanın bu ərazilərini ələ keçirir

Admin

Polad Bülbüloğlu Rusiya rəsmisi ilə görüşdü

Admin

Leave a Comment