7 C
Baku
29 Noyabr 2020
Sosial

Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi – FOTO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı dünən instaqramda yerləşdirdiyi foto ilə bağlı açıqlama yayıb.

Publika.az xəbər verir ki, açıqlamada deyilr:

“Əziz dostlar,

Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.

Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

Qeyd edik ki, ÜST-ün Azərbaycan üzrə nümayəndəsi olan H.Hurmancı dünən Qubada şəlalə önündə çəkdirdiyi fotonu paylaşmışdı. Foto pandemiya dövründə, xüsusilə yoluxmanına artdığı şəraitdə kəskin etirazlarla qarşılanıb.

Related posts

Prezident yol tikintisinə pul ayırdı – SƏRƏNCAM

Admin

Peşə təhsili üzrə teledərslərin 26 iyun cədvəli

Admin

Müharibə veteranlarının evlərinə qaz çəkilir (FOTO)

Admin

Leave a Comment