7 C
Baku
29 Noyabr 2020
Dünya

Ermənistanın Tehrandakı səfirliyi qarşısında 20 dəfədən çox mitinq keçirilib

Ermənistan İranın İsraildə səfirliyinin açılması ilə bağlı narahatlığını anlayışla qarşılayır.

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İran Xarici İşlər Nazirliyini Ermənistanın İslam Respublikası ilə münasibətlərinə sadiq qaldığına inandırmağa çalışır.

Bu barədə İsrailin “The Jerusalem Post” nəşri xəbər yayıb.

Nəşr xatırladır ki, İran Prezidenti Həsən Ruhani və Ermənistanın Baş naziri Nikol Paşinyan 2019-cü ilin 27 fevralında Tehrandakı Sadabad Kompleksində bir araya gəldikdən sonra birgə mətbuat konfransı keçirdilər.

İsrail nəşri Ermənistanın “Massis Post” saytına istinadən xəbər verir ki, Ermənistanın Tehrandakı səfirliyinin qarşısında 20 dəfədən çox mitinq keçirilib.

Etirazçılar Ermənistanın İsraildə səfirlik açması qərarı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Mitinqlər zamanı İrəvanın planları pislənib və “işğal olunmuş Fələstin ərazilərində” hər hansı diplomatik mövcudluq mümkünsüz sayılıb. İranın paytaxtında keçirilən həmin mitinqlər zamanı “İsrailə ölüm” şüarları səsləndirilib və İsrailin dövlət bayrağı yandırılıb.

Çərşənbə günü Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan İran Xarici İşlər Nazirliyininin təmsilçisini inandırmağa çalışıb ki, Ermənistanın İsraillə münasibətləri möhkəmləndirmək istəməsinə baxmayaraq, İslam Respublikası ilə münasibətlərinə sadiqdir.

Bundan başqa, cənab Tumanyan İran Xarici İşlər Nazirliyinin rəsmisi Möhsün Fəqani ilə səfirlik qarşısında keçirilən nümayişləri müzakirə edib.

Səfir Fəqanini əmin edib ki, Ermənistan hər hansı bir ölkə ilə “İran əleyhinə siyasi layihədə” iştirak etməyəcək. Erməni səfir Ermənistan-İran dostluq münasibətlərinin Ermənistanın xarici siyasət prioritetlərindən biri olduğunu və belə də qalacağını vurğulayıb.

İsrail nəşri yazır ki, aprel ayında Ermənistanın Baş naziri Nikol Paşinyan və İran prezidenti Həsən Ruhani əlaqə saxladılar.

Oxu.az - Paşinyan İranda: Ruhani ilə görüşdü

İki həftə sonra Nikol Paşinyan Baş nazir Benyamin Netanyahunu yenidən seçilməsi münasibətilə təbrik etdi.

Onun göndərdiyi təbrikdə deyilirdi:

“Ümid edirəm ki, birgə səylərimizlə Ermənistan-İsrail əməkdaşlığını dərinləşdirib qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrini qura bilərik”.

İsraillə daha zəif əlaqələri olduğu bilinən Ermənistan 2019-cu ilin sentyabrında Təl-Əvivdə səfirlik açacağını elan etdi.

İki ölkə arasındakı əlaqələrin gücləndirilməsi gözlənilən bir addım idi. Açılış, ehtimal ki, koronavirus pandemiyası səbəbiylə təxirə salındı.

Sonra Xarici İşlər naziri İsrail Katz Ermənistanın bu qərarını yüksək qiymətləndirərək bunun iki dövlət arasında “ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli bir addım” olduğunu söylədi. Ermənistan yəhudi dövlətində səfirlik açacaq 90-cı ölkə olsa da, İsrail İrəvanda səfirlik aça biləcəyi ilə bağlı hər hansı bir fikir səsləndirmədi.

Yanvar ayında Ermənistan prezidenti Armen Sarkisyan İsrailin erməni soyqırımını tanımamaq qərarına elə İsraildə etiraz etdi.

Beşinci Beynəlxalq Holokost yəhudi soyqırımı (75 illiyi münasibəti ilə) tədbirinə qatılan Ermənistan prezidenti dedi:

“Bir çox ermənilər soruşurlar: ‘İnsanları böyük faciələr yaşamış bir ölkə olan İsrail nədən erməni soyqırımını tanımır?”

Martın 15-də İran parlamentinin baş məsləhətçisi Əli Laricani Təl-Əvivdə Ermənistan səfirliyinin açılmasına münasibət bildirərkən bunun “bölgədəki sabitliyə və təhlükəsizliyə mənfi təsir göstərəcəyini” proqnozlaşdırdı və Ermənistan hökumətini hərəkətə keçməmişdən öncə “iki dəfə düşünməyə” çağırdı.

Related posts

“Ərdoğan olmasaydı, Haftar…” – Fransız nəşri

Admin

İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib

Admin

Türkiyədə PKK-ya qarşı xüsusi əməliyyat keçirilib

Admin

Leave a Comment