8 C
Baku
24 Noyabr 2020
Sosial

İnsan Alveri İdarəsi bu qadınları axtarır – Fotolar

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsi iki qadını axtarışa verib.

Teleqraf.com-un xəbərinə görə, Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Əliyeva Şahnaz Sərxan qızı barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham elan edilib.

İstintaqdan yayındığı üçün onun barəsində 2020-ci ildə axtarış elan edilib.

Bundan başqa, Xızı rayon sakini, 1980-cı il təvəllüdlü Şikarova Aynura Zöhrab qızının da barəsində bu il axtarış elan edilib.

Aynura Şikarovanın barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə ittiham elan edilib.

Hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Onların tapılması üçün müvafiq qurumlar məlumatlandırılıb.


Müəllif: Hacı Zeynalov

Related posts

Xəbərdarlıq

Admin

Sərt karantinlə bağlı XƏBƏR – QADAĞALAR LƏĞV EDİLİR…

Admin

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Admin

Leave a Comment