9 C
Baku
24 Noyabr 2020
Qayğının xəbərləri

Qan qardaşına ayaq olan fədailər

Bu gün Bərdə rayonunda bir qrup Qarabağ döyüşçüləri öz qazi qardaşları 1-ci qrup Qarabağ əlili Nəbiyev Kamil Mustafa oğlunu ziyarət etmişlər.
Nəbiyev Kamil 26 fevral 1992-ci il soyqırım gecəsi xocalılara kömək məqsədilə döyüşə atılmış və bel nahiyəsindən ağır yaralanaraq, 1-ci qrup əlil olmuşdur.
Kamillə bu günki görüşə qazilər– Əsədov Asif, Balakişiyev Elman, Şirinov Qüdrət, Hüseynov Fərman, Əhmədov Səyyaf(Xanı ləqəbli) və Məmmədov Rəhim gəlmişlər. Qazilərin çox gözəl və mehriban bir ortamda söhbətləri olmuş və Kamilin qayğı və problemləri ilə yaxından maraqlanmışlar.
Hərəkət məhdudiyyətli qazi qardaşlarına yeni əlil arabası hədiyyə edən döyüşçülər bundan sonra da bir-birinə dəstək və qayğı göstərməyin, problemləri ilə yaxından maraqlanmağın vacib və məqsədəuyğun olduğunu qeyd etmişlər.
Nəbiyev Kamil də döyüşçü qardaşlarına öz razılığını bildirmiş və təşəkkür etmişdir.

Görüntünün olası içeriği: 1 kişi, ayakta
Görüntünün olası içeriği: oturan insanlar

Related posts

NEFTÇALA DÖYÜŞÇÜLƏRİNƏ YAPON TƏŞKİLATINDAN DƏSTƏK

Admin

ŞƏHİDİMİZİN XATİRƏSİNƏ HƏSR OLUNUB

Admin

Bir Qarabağ həsrətli anamız bu dünyadan köç etdi

Admin

Leave a Comment