11 C
Baku
27 Noyabr 2020
Hadisə

Abşeronda sərt karantin qaydalarını pozan sürücü və sərnişin həbs edilib FOTO

Koronavirus pandemiyası ilə mübarizədə tətbiq edilən sərt karantin qaydalarına zidd olaraq, Bakı şəhərinə avtomobilin yük yerində gəlmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qaydalara əməl etməyən paytaxt sakini Anar Xəlilov bu gün Masazır qəsəbəsində yerləşən polis postunda saxlanıb.

Sürücü yoxlanan zaman onun sərt karantin dövründə hərəkət icazəsinin olduğu müəyyən edilib. Amma sürücünün nəqliyyat vasitəsi yoxlanarkən avtomobilin yük yerində bir nəfərin gizləndiyi məlum olub.

Araşdırma zamanı həmin şəxsin Füzuli rayon sakini Tofiq Səfərov olduğu və onun sərt karantin rejimində hərəkət icazəsinin olmadığı müəyyən edilib. Sürücü və sərnişin saxlanaraq Abşleron Rayon polis İdarəsinə gətiriliblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş qaydada protokol tərtib olunub. Onlar məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs ediliblər.

Related posts

Bakıda narkotik alverçilərindən soyuq silahlar götürüldü

Admin

Masallıda 3 qız itkin düşdü, FHN axtarışlara başladı

Admin

Bir neçə ərazi intensiv atəşə tutulduğundan yanğınları söndürmək mümkün olmayıb – FHN

Admin

Leave a Comment