8 C
Baku
25 Noyabr 2020
Sosial

Sərt karantindən qaçan Bakı əhlinin Dakar rallisini geridə qoyan məharəti – VİDEO

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək (ümumilikdə 54 saat) Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib

BAKI, 14 iyun — Sputnik. Ötən gün Bakı-Quba yolunda güclü tıxac yaranıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, iyunun 13-də rayonlara getmək istəyən avtomobil sahibləri gecə saatlarınadək Müşviqabad postunda növbə gözləyiblər.

Bölgələrə aparan yollarda o qədər sıxlıq olub ki, sürücülər avtomobillərinə rəhm etməyərək torpaq yollara üz tutublar.

Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək (ümumilikdə 54 saat) Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Bu ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

Həmçinin əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib

Related posts

Vaqif Əsədov sürücülərə MÜRACİƏT ETDİ – VİDEO

Admin

Mayın 31-də Milli Məclis toplanacaq

Admin

Bakıda xəstəxanada 6 aylıq körpə pnevmoniyadan öldü

Admin

Leave a Comment